Xəbər lenti

Gəncədəki partlayış qəsdən törədilibmiş
Ölkə 14:51 12.05.2025

Gəncədəki partlayış qəsdən törədilibmiş

Bu gün Gəncədə yaşayış binasında partlayış baş verib.

Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, hadisəni törədən Adil adlı şəxs bir müddət öncə ev yiyəsi, bıçaqlanan 1961-ci il təvəllüdlü Şahməmmədova Gülnaz Saleh qızından pul istəyib. Ancaq istədiyi pulu ala bilməyib.

Qadına pula görə hədə-qorxu gəldiyi üçün Gülnar Şahməmmədova onu polisə şikayət edib. Daha sonra Adil qadının evinə gedib və aralarında mübahisə yaranıb.

Mübahisədən sonra o, qadına bıçaqla xəsarət yetirib, evi də yandırıb. Baş verən yanğın nəticəsində özü dünyasını dəyişib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->