"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.
"Gənclik şəhəri" təmsilçisindən Qaynarinfo-ya verilən məlumata görə, qərar 35 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında bu gün baş tutan iclasdan sonra qəbul edilib.
Onun müqaviləsinə qarşılıqlı şəkidlə xitam verilib.
Qeyd edək ki, Vaqif Cavadovla ötən il 2,5 illik müqavilə imzalanmışdı.
"Sumqayıt" son olaraq Misli Premyer Liqasının XXXIV turunda "Kəpəz" 0:1 hesabı ilə məğlub olub. Komanda hazırda turnir cədvəlində 30 xalla doqquzuncu sırada yer alıb.
Şərhlər