Braziliya Futbol Konfederasiyası (CBF) italiyalı baş məşqçi Karlo Ançelotti ilə müqavilə imzaladıqlarını elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə CBF-nin mətbuat xidməti məlumat yayıb.
65 yaşlı mütəxəssislə bir illik müqavilə imzalanıb. Sözləşmə 2026-cı ildə keçiriləcək dünya çempionatını əhatə edəcək.
65 yaşlı mütəxəssis mayın 26-da "sambaçılar"ın "sükanı arxasına" keçəcək. O, mayın 25-də La Liqada qarşılaşacaqları "Real Sosyedad"la görüşdən sonra "Kral Klubu"ndakı postundan ayrılacaq.
Qeyd edək ki, Ançelotti Madrid təmsilçisinin baş məşqçisi kimi İspaniya çempionluğunu, iki dəfə ölkə kubokunu və bir dəfə ölkə Superkubokunu qazanıb. Bundan başqa, o, iki dəfə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.
v
Şərhlər