Xəbər lenti

Alim olmaq istəyən mühəndis dələduzluqla üzləşdi
Ölkə 18:48 02.05.2025

Alim olmaq istəyən mühəndis dələduzluqla üzləşdi

Kadastr və Yerquluğu Tədqiqat-Layihə Mərkəzində mühəndis işləyən L.Ş. dələduzluqla üzləşib.

Qaynarinfo xəbər verir ki, L.Ş. alimlik dərəcəsi almaq istəyib. Həmkarının həyat yoldaşı M.R. bu məsələdə ona kömək edəcəyini deyib. 

L.Ş. alimlik dərəcəsi almaq üçün M.R.-ya hissə-hissə 22 000 manat pul verib. Lakin o, vədinə əməl etməyib. 

Zərərçəkmişin şikayəti əsasında M.R. şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinin məhkəmə istintaqı Xətai Rayon Mərkəzinə aparılıb. M.R məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, zərərçəkmişin pulu tam şəkildə ödənilib. 

Bununla belə, məhkəmənin hökmü ilə M.R-ya 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət verilən cəzadan çıxılıb və üzərində qəti olaraq  2 il 7 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

Seyid 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->