Xəbər lenti

İrəvanda Aİ missiyası üzvünün cəsədi tapıldı
Ölkə 20:25 02.05.2025

İrəvanda Aİ missiyası üzvünün cəsədi tapıldı

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının üzvlərindən biri ürək tutması nəticəsində vəfat edib.

Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, avropalı məmurun cəsədi İrəvan hotellərindən birində tapılıb. Digər detallar açıqlanmayıb.

Xatırladaq ki, Aİ-nin uzunmüddətli missiyası 20 fevral 2023-cü ildə Ermənistanda 2 il müddətinə yerləşdirilib və əvvəlcə 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə qədər genişləndirilməsini elan edib. Aİ Şurası yanvarın sonunda Ermənistandakı missiyanın mandatını daha iki il - 19 fevral 2027-ci ilə qədər uzatmaq qərarı qəbul edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->