Xəbər lenti

İdman 15:00 12.05.2025

"Qarabağ"ın futbolçusu Azərbaycan çempionatları tarixinə düşdü

Bədavi Hüseynov "Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında 250-ci oyuna çıxıb.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, onun yubileyi Premyer Liqanın XXXIV turunun "Araz-Naxçıvan”la görüşünə (2:0) təsadüf edib.

Müdafiəçi 2012-ci ildən formasını geyindiyi klubdakı bu görüşlərdə 4 qola imza atıb. Bədavi Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 250 matça çıxan 6-cı futbolçu kimi düşüb.

1. Maksim Medvedev ("Qarabağ”) – 376

2. Qara Qarayev ("Qarabağ”) – 305

3. Aslan Kərimov ("Qarabağ”) – 268

4-5. Rahid Əmirquliyev ("Xəzər Lənkəran”) – 254

Riçard Almeyda ("Qarabağ”) – 254

6. Bədavi Hüseynov ("Qarabağ”) – 250.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->