Xəbər lenti

Gürcüstanda üç il əvvəl azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
Ölkə 23:55 15.05.2025

Gürcüstanda üç il əvvəl azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.

"Report" xəbər verir ki, rəsmi məlumatda deyilir ki, 3 il əvvəl törədilən cinayətdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü şəxs avtomat silahdan istifadə etməklə qəsdən adamöldürmə və odlu silahın qanunsuz saxlanılması ittihamı ilə tutulub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adamöldürmə) və 236-cı (odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması) maddələri üzrə istintaq aparılır.

Qeyd edək ki, mayın 6-da Saqareco rayonunun Keşəli kəndindən olan Aydın Həmzəyevin ailə üzvləri və yaxınları Tbilisidə Baş Prokurorluq qarşısında aksiya keçirib, qatilin cəzalandırılmasını tələb edib.

Saxlanılan şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->