Xəbər lenti

Taksi şirkəti 40 min cərimə edildi
Ekonomiks 17:48 15.05.2025

Taksi şirkəti 40 min cərimə edildi

Azərbaycanda fəaliyyət göstərən taksi şirkəti külli miqdarda cərimə edilib.

Qaynarinfo Avtosfer.az-a istinadən xəbər verir ki, "Milli Taxi” MMC 40 min manat cərimələnib.

Qeydiyyata alınmadan taksi fəaliyyəti göstərən şirkət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə verilib.

Yasamal Rayon Məhkəməsi MMC-nin 40 min manat cərimələnməsi barədə qərar çıxarıb. Lakin şirkət bu qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

Apellyasiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 326-2.1-ci maddəsinə əsasən təyin edilmiş 40 min manatlıq cəriməni qüvvədə saxlayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->