Xəbər lenti

Tramp Putinin İstanbula gəlməməsinə münasibət bildirdi
Dünya 17:01 15.05.2025

Tramp Putinin İstanbula gəlməməsinə münasibət bildirdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin nizamlanması kontekstində o, Kremlin rəhbəri Putinlə şəxsən görüşməyincə heç bir irəliləyiş baş verməyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ lideri "Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
 
Xüsusilə, prezident Trampdan soruşublar ki, Putinin iştirak etmədiyi halda Rusiyanın Türkiyəyə göndərdiyi nümayəndə heyətinin səviyyəsi onu məyus edibmi. 

"Mən heç nədə məyus olmuram”, – deyə Tramp cavab verib və əlavə edib ki, nümayəndə heyəti barədə heç nə bilmir və onun tərkibini yoxlamağa belə ehtiyac duymayıb.

Trampın sözlərinə görə, Kreml rəhbəri, əgər özü orada iştirak etməyəcəksə, Türkiyədə danışıqlara qatılmağı heç düşünməyib:

"İnanmıram ki, mən və o görüşməyincə – istəsəz də, istəməsəz də – nəsə baş versin. Amma biz bunu həll etməliyik, çünki çoxlu insan ölür”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->