Həm mənzillərin sayı azalır, həm də tikinti şirkətlərinin...
Belə ki, ölkədə mənzil tikintisi zəifləyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, mənzil tikintisi ilə bağlı rekord göstərici 2019-cu ildə qeydə alınıb.
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, Azərbaycanda mənzil tikintisinin zəifləməsinin bir sıra səbəbləri var. Həmçinin tikilən fərdi həyət evlərini böyük əksəriyyətinin çıxarışı və yaxud digər rəsmi sənədi olmadığına görə onların statistikasının hesablanmasında da ciddi problemlər yaşanır.
Ekspert Elnur Fərzəliyev onu da bildirib ki, əhalinin şəxsi vəsaiti ilə inşa edilən mənzillər ümumi tikintinin 57 faizindən çoxunu təşkil edir. Hər il ərzində təxminən 10-11 min ev, vətəndaşların şəxsi vəsaitləri hesabına tikilir..
Əmlak eksperti bildirir ki, yaxın gələcəkdə Qarabağda bərpa-quruculuq işləri bitdikdən sonra paytaxt əhalisinin sayında azalmanın müşahidə olunacaq, bu isə öz növbəsində daşınmaz əmlak bazarında qiymətlərin enməsinə də təsir edə bilər.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Şərhlər