Fernando Muslera "Qalatasaray"ın heyətində Türkiyə futbolunun tarixinə düşməyə yaxındır.
İstanbul təmsilçisi Superliqanın XXXVI turunda, "Kayserispor"la matçda ən azı 1 xal qazanaraq çempionluğunu rəsmiləşdirərsə, uruqvaylı qapıçı Türkiyədə 19-cu kubokunu qazanmış olacaq.
Bununla da "əlcək sahibi" qardaş ölkədə ən çox çempionluq sevinci yaşamış futbolçu kimi tarixə düşəcək.
38 yaşlı oyunçu daha əvvəl 5 dəfə Türkiyə Kuboku, 6 dəfə Superkubok, 7 dəfə isə Superliqanın qalibi olub.
Qeyd edək ki, Muslera hazırda "Qalatasaray"ın sabiq müdafiəçisi Bülent Korkmazla birgə ən çox kubok qazanan iki futbolçuladan biridir.
Şərhlər