Xəbər lenti

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı
Ölkə 18:14 15.05.2025

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.

DİN-in Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, itkin kimi axtarışa elan olanun 1997-ci il təvəllüdlü Qurbanlı Kənan Vaqif oğlu Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb. Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.

Qeyd edək ki, ötən ilin oktyabrında Kənanın atası saytımıza müraciət edərək oğlunun tapılması üçün kömək istəmişdi. Həmin vaxtdan onun dənizdə boğulması ehtimal edilirdi.

Skripkaçı olan Kənanın həmin vaxtdan harada olması barədə hələlik məlumat verilməyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->