Qeysəriyyə əməliyyatından sonra vəfat edən 18 yaşlı qadının körpəsinin vəziyyəti açıqlanıb.
Qaynarinfo xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, aprelin 26-da saat 01:40-da 4 kiloqram çəkidə dünyaya gələn körpənin müalicəsi Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzin Yenidoğulmuşlar şöbəsində davam etdirilir.
Bildirilib ki, cinsi qız olan azyaşlının vəziyyəti stabildir.
Şərhlər