Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyyə Öndər vəfat edib.
Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, o, ürək rahatsızlığı səbəbilə 18 gündür reanimasiyada idid. 3 may 2025-ci il tarixində çoxlu orqan çatışmazlığından həyatını itirib.
Xəstəxanadan verilən açıqlamada bildirilib ki, Sırrı Süreyyə Öndər 15 aprel 2025-ci il tarixində saat 22:41-də huşsuz vəziyyətdə, tənəffüs və ürək dayanması diaqnozu ilə təcili yardım vasitəsilə xəstəxanaya gətirilib. Həkimlər tərəfindən ona "aorta disseksiyası" diaqnozu qoyularaq təcili şəkildə Bentall əməliyyatı (aorta qapağının dəyişdirilməsi) və bir damar bypass əməliyyatı icra olunub. Əməliyyatdan sonra xəstə reanimasiya şöbəsində ECMO (ürək dəstəkləyici cihaz) və intensiv tibbi müalicə ilə sabit vəziyyətə gətirilsə də, həyati təhlükəsi artıb, nevroloji vəziyyəti ağırlaşıb və çoxlu orqan çatışmazlığı yaranıb. Nəticədə, 3 may 2025-ci il tarixində saat 16:10-da vəfat edib.
Sırrı Süreyyə Öndər 7 iyul 1962-ci ildə Adıyamanda anadan olub. Rejissor, ssenarist, aktyor, musiqi prodüseri və köşə yazarı kimi fəaliyyət göstərib. Universitetlərdə kino dərsləri verib. Öz ssenarisini yazıb rejissorluğunu etdiyi bir film, uyğunlaşdırdığı bir film və yalnız ssenarisini yazdığı bir film mövcuddur.
Aydın
Şərhlər