Yüksək natrium (duz) tərkibli məhsullar hər zaman asanlıqla seçilmir.
Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin yazdığına görə, gündəlik natriumun 70%-dən çoxu qablaşdırılmış və hazır məhsullardan gəlir.
Rəsmi tövsiyələrə əsasən, sağlam yetkin insanlar gündə 2300 milliqramdan artıq natrium qəbul etməməlidirlər. Hipertoniya kimi bəzi xəstəliklərdə bu hədd daha da aşağı olmalıdır.
Ürəyə zərərli olan məhsullar bunlardır:
Çörək və bulkalar - Hazır qarışıqlardan hazırlanan vafli və pankek kimi məmulatlar tək porsiyada 351 mq-a qədər natrium (gündəlik normanın 15%-i) ehtiva edə bilər. Tövsiyə: kəpəkli çörək seçin və porsiyanı azaldın.
Kolbasalar və ət delikatesləri - hisə verilmiş və duzlu məhsullar: vetçina, bekon, sosiska, salam, proşutto və peperoni kimi növlər natriumla zəngindir.
Konservlər və şorbalar - Ən sadə bulyonlar belə yüksək natriumla doludur. Alternativ: evdə şorba bişirin və "az duzlu" işarəsi olan məhsullara üstünlük verin.
Burito və tako - Bu yeməklər içərisində pendir, sous və duzlu lavaş səbəbindən "duz bombası"na çevrilir.
Duzlu qəlyanaltılar - Çipslər, popkorn və krakerlər. Tövsiyə: duz səviyyəsi azaldılmış variantlara keçin.
Pendir - Əksər pendirlər natrium baxımından zəngindir. Daha az natriumlu seçimlər: keçi pendiri, mozzarella və şveytsar pendiri.
Pudinglər və bişirmə qarışıqları - Az kalorili və az duzlu versiyalarını seçmək məsləhətdir.
Qablaşdırılmış qarnirlər - Duzlu kartof, düyü qarışıqları, souslu makaronlar və hazır makaron salatları bu qrupa daxildir.
Konserv məhsullar - Ət, tərəvəz, meyvə şirələri, sardina, ançuez, qara kürü kimi konservləşdirilmiş qidalar natriumla zəngindir.
Souslar və salat üçün qarışıqlar - Yenə də "az duzlu" etiketli məhsullara üstünlük verin.
Duzlu və marinadlanmış qidalar - Kimçi, kapers, zeytun, turşu xiyar və kələm kimi məhsullar bu qrupa daxildir.
Mütəxəssislər xəbərdarlıq edir: "Duz orqanizm üçün lazımdır, amma əksər insanlar normadan artıq qəbul edirlər. Əsas mənbə - emal olunmuş və restoran yeməkləridir. Artıq natrium qəbulu yüksək təzyiq, infarkt, insult, diabet və piylənmə riskini artırır".
Aydın
Şərhlər