Xəbər lenti

Rəis postda yatan mühafizəçini döydü - Elektron qolbaqda gəcəzək
Ölkə 15:22 03.05.2025

Rəis postda yatan mühafizəçini döydü - Elektron qolbaqda gəcəzək

Qubada mühafizəçini döyən rəisə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Quba şəhərindəki Olimpiya İdman Kompleksində baş verib. 

Belə ki, kompleksdə növbə rəisi vəzifəsində işləyən 2001-ci il təvəllüdlü M.Səyyad həmin müəssisədə mühafizəçi kimi çalışan C.Mehdi adlı şəxsi döyməkdə ittiham edilib. İşi həmin kompleksin ərazisini gəzmək və həm də orada olan iki mühafizə postuna nəzarət etməkdən ibarət olan rəis gecə saatlarında apardığı yoxlama zamanı mühafizəçinin yatdığını görüb. 

O, Mehdiyə mühafizə postunda növbədə olduğu zaman yatmasına görə irad bildirərək, izahat yazmasını tələb edib. Qarşı tərəf bundan imtina edib, şəxsi əşyalarını götürərək, postu tərk etmək istəyərkən aralarında dava düşüb. Səyyad Mehdini vuraraq yerə yıxıb, sinəsindən və kürəyindən zərbə endirib. 

Mühafizəçinin kəllə nahiyəsinə və sifətinə xəsarət yetirən rəis barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb və məhkəmə qarşısına çıxarılıb. O, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Səyyad cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->