Xəbər lenti

Çempionlar Liqası:
İdman 09:24 12.08.2025

Çempionlar Liqası: "Qarabağ" cavab oyununa çıxır

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa bu gün çıxacaq.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20.00-da start götürəcək. Matçı niderlandlı Danni Makkeli idarə edəcək.

Skopyedəki ilk oyunda Azərbaycan çempionu bir cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, bu cütün qalibi pley-offda "Ludoqorets” (Bolqarıstan) - "Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-offunda görüşəcək. Macarıstandakı cavab matçı Bakı vaxtı ilə saat 22.15-də başlayacaq. Komandalar arasında Bolqarıstanda gerçəkləşən ilk qarşılaşmada hesab açılmayıb.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

12 avqust
20.00 Qarabağ (Azərbaycan) - Şkendiya (Şimali Makedoniya)
Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries, Mark Naqteqaal (Niderland).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 1:0.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->