Yeni mövsümdə "Neftçi"nin Futbol Akademiyasına kimin rəhbərlik edəcəyi məlum olub.
Qaynarinfo Sport24.az-a istinadən xəbər verir ki, mövsümlərarası fasilədə Cemal Bülbüllə yolları ayıran "ağ-qaralar" bu dəfə də türkiyəli mütəxəssislə anlaşıblar.
Tolqa Şanbay "ağ-qaralar"ın akademiyasının yeni koordinatoru təyin olunub.
Qeyd edək ki, 45 yaşlı Şanbay karyerası ərzində "Altınordu", "Kayserispor", "BB Erzurumspor" kimi klublarda koordinator kimi çalışıb.
Şərhlər