Xəbər lenti

Muxtar Babayev Müşahidə Şurasının tərkibinə daxil edildi
Ölkə 13:05 12.08.2025

Muxtar Babayev Müşahidə Şurasının tərkibinə daxil edildi

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Muxtar Babayev - Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi statusunda Müşahidə Şurasının tərkibinə daxil edilib.

Qeyd edək ki, Muxtar Babayev bundan əvvəl Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasında ekologiya və təbii sərvətlər naziri kimi təmsil olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->