Xəbər lenti

İdman 13:43 11.08.2025

"Sivasspor"un müdafiəçisi Azərbaycan klubuna keçir

2025/2026 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini həll edib.

Qaynarinfo Sport24.az-a istinadən xəbər verir ki, "gənclik şəhəri"nin təmsilçisi son olaraq Türkiyə klubu "Sivasspor"da çıxış etmiş Samba Kamara ilə anlaşıb.

Malidən olan 32 yaşlı müdafiəçi "Sumqayıt"a azad agent kimi keçir. Transfer tezliklə rəsmən açıqlanacaq.

Qeyd edək ki, 2020-ci ildən "Sivasspor"da çıxış edən oyunçu komanda Superliqadan aşağı diviziona düşdüyü üçün müqaviləsini yeniləməyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->