Xəbər lenti

Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verildi
Ölkə 20:18 06.05.2025

Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verildi

Özbəkistan Respublikasının Azərbaycanda saxlanılan vətəndaşı ölkəsinə təhvil verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Məlumata görə, 2000-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Saidkamol Sattorbek oğlu Urinboyevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Özbəkistanda xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.S.Urinboyev cari ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->