Qlobal məhsuldarlığın azalması nəsillərin, dillərin və mədəniyyətlərin incə, lakin geri dönülməz şəkildə yox olmasına səbəb ola bilər. Şizuoka Universitetinin yapon alimləri belə nəticəyə gəliblər.
Qaynarinfo xəbər verir ki, tədqiqat "PLOS One" elmi jurnalında dərc olunub.
Komanda doğum, ölüm və cins nisbətlərdə təsadüfi dəyişiklikləri hesablamaq üçün riyazi modelləşdirmədən istifadə edib. Məlum olub ki, əhalinin davamlı inkişafı üçün orta göstərici bir qadına ən azı 2,7 uşaq olmalıdır.
Dünya əhalisi artmaqda davam etsə də, yaşadığınız yerdən asılı olaraq gələcək fərqli görünür. Hazırda dünya əhalisinin 2/3-si doğum səviyyəsi 2,1-dən aşağı olan ölkələrdə yaşayır.
Yaponiyada bu rəqəm 1,3-dür. Cənubi Koreyada 0,87-yə düşüb. Hətta ABŞ-da bu, cəmi 1,66 təşkil edir. Rəqəmlər yavaş enişdən xəbər verir, lakin reallıqda azalma daha dramatik ola bilər. Məsələn, Yaponiya üçün proqnozlar hər nəsildə əhalinin 31% azalacağını proqnozlaşdırır.
Tədqiqat həmçinin müəyyən edib ki, doğulan qızların bir qədər çox olması əhalinin sağ qalma şansını artırır. Bu təbii mexanizm stresli şəraitdə (müharibələr, ekoloji fəlakətlər) insanlarda və heyvanlarda müşahidə olunur.
Müəlliflər vurğulayırlar: "Dayanıqlılıq təkcə rəqəmlərə nəzarət etmək deyil, həm də insan irsini qorumaqdır".
Aydın
Şərhlər