Əməkdar artist Vahid Əliyev xəstəxanada səhhətinin qəfildən ağırlaşması xəbərinə aydınlıq gətirib.
Aktyor Qaynarinfo-ya açıqlamasında nəfəs borusunda problem yarandığını vurğulayıb:
"Əslində həkimlər məni evə buraxmışdı. Həmin gün elə çıxmağa hazırlaşırdım ki, öskürəkdən nəfəs yolumda problem yarandı. İki gün yuxu nədir, bilmədim. Həkimlər nəfəs yolumu güclə təmizlədilər. İndi yaxşıyam. İnşallah, yəqin bu həftə evə buraxılacağam. Xəstəxana yorucu yerdir”.
Qeyd edək ki, Əməkdar artist Vahid Əliyev bir müddət əvvəl açıq ürək əməliyyatı keçirib. Əməliyyatdan sonra aktyorun səhhətində yenidən problem yaranıb.
Bahar Rüstəmli
Şərhlər