Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.
Bu barədə partiyanın sədri Ovik Ağazəryan feysbukdakı səhifəsində məlumat yayıb.
"Ermənistanın baş naziri Nikol Paşinyana qarşı etimadsızlıq votumu (impeçment) elan etmək proseduruna başlayırıq”, - o yazıb.
Ağazəryanın sözlərinə görə, yeni hökumət başçısı postuna namizədin adı mayın 20-də açıqlanacaq.
Şərhlər