Xəbər lenti

Meqan Markla qarşı hamam duzu reseptinə görə 10 milyon dollarlıq iddia qaldırılır
Dünya 23:55 09.05.2025

Meqan Markla qarşı hamam duzu reseptinə görə 10 milyon dollarlıq iddia qaldırılır

Aktrisa və hersoginya Meqan Markla qarşı 10 milyon dollar məbləğində məhkəmə iddiası irəli sürülə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RadarOnline.com" məlumat yayıb.

Amerika vətəndaşı Robin Patrik bildirib ki, "Netflix" platformasında yayımlanan "Sevgilərlə, Meqan" adlı verilişdə təqdim olunan vannada istifadə üçün duz resepti nəticəsində "fəlakətli yanıq xəsarətləri" alıb. Patrik bədənindəki yanıq və yaraların əks olunduğu görüntüləri də paylaşaraq qeyd edib ki, reseptə əsasən hazırlanmış vanna qəbulundan bir neçə dəqiqə sonra sanki "içəridən yanma hissi" yaşayıb.

Onun sözlərinə görə, Markl verilişdə reseptdəki bəzi efir yağlarının şəkərli diabet xəstələri üçün təhlükəli olduğunu bildirməyib. Patrik hesab edir ki, aktrisa Merilend ştatının qanunvericiliyini pozub.

"Yanıqlar hələ də sağalmayıb və narahatlıq yaradır. Digər bədən hissələrinə toxunmaq belə ağrılıdır", deyə Patrik qeyd edib.

Zərərçəkən Markla hüquqi məktub ünvanlayaraq ona 75 min dollar məbləğində tibbi xərclərinin ödənilməsini tələb edib. Bundan əlavə, o, Meqan Markl, "Netflix" və "Archewell Productions" şirkətlərinə qarşı "ictimai təhlükəsizliyə qarşı ehtiyatsız yanaşma" ittihamı ilə 10 milyon dollarlıq iddia ilə çıxış edəcəyini bəyan edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->