"Toyota" 2025-ci ildə dünyanın ən məşhur avtomobil markaları siyahısına böyük fərqlə başçılıq edir.
Qaynarinfo xəbər verir ki, bu barədə ixtisaslaşdırılmış "Focus2Move” portalı məlumat yayıb.
Bu ilin birinci rübündə "Toyota" 2,26 milyon, "Volkswagen" (ikinci yer) isə cəmi 1,18 milyon avtomobil satıb.
Digər Yaponiya brendi "Honda" dördüncü, "Nissan" isə reytinqdə altıncı yerdə qərarlaşıb. Çin markaları arasında BYD ən populyar olub və "Geely" ilk onluğu bağlayır.
2025-ci ildə TOP-10 ən populyar brendlər:
1. Toyota - 2,26 milyon ədəd (+4%);
2. Volkswagen - 1,18 milyon (+2,6%);
3. Ford - 934 661 (-0,1%);
4. Honda - 899 358 (-6,4%);
5. Hyundai - 880 285 (-0,1%);
6. Nissan - 804 691 (-4%);
7. Kia - 757 252 (+6%);
8. BYD - 727 252 (+21%);
9. Chevrolet - 692 036 (-3,3%);
10. Geely - 529 690 (+65,2%).
2025-ci ildə dünyanın ən populyar modelləri reytinqinə "Toyota Corolla" başçılıq edir. Bu ilin birinci rübündə 244 mindən çox belə avtomobil satılıb. İkinci yeri məşhur yapon avtomobil istehsalçısının başqa bir modeli - "Toyota RAV4" tutub.
Konkret olaraq Avropaya nəzər salsaq, vəziyyət tamam başqadır, çünki bu halda avropalı avtomobil istehsalçıları inamla üstünlük təşkil edirlər.
Bu ilin birinci rübündə Avropada ən populyar model "Renault Clio" olub, "Dacia" modelləri isə ikinci və üçüncü yerlərdə qərarlaşıb. Daha sonra "Volkswagen" və "Citroen" avtomobilləri gəlir.
Aydın
Şərhlər