Xəbər lenti

Azərbaycanda nə qədər İİV xəstəsi var?
Sağlamlıq 18:27 18.05.2025

Azərbaycanda nə qədər İİV xəstəsi var?

Son statistikaya əsasən, ölkədə rəsmi qeydiyyatda olan İİV-lə yaşayan şəxslərin sayı 10 min 324 nəfərdir.

Bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.

Direktor müavini qeyd edib ki, onların 70 faizi kişi, 30 faizi isə qadındır: "Mərkəz tərəfindən aparılan araşdırmalara görə, cənub bölgəsində – Lənkəran, Astara, Lerik və Şirvan-Hacıqabul zonasında yoluxma hallarının nisbətən daha çox olduğu müşahidə edilib. Bu dəyişkən göstəricilər mütəmadi olaraq nəzarətdə saxlanılır və regionlarda profilaktik tədbirlər gücləndirilir”. //Azərtac

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->