Xəbər lenti

Həkimlər xəbərdarlıq edir:
Sağlamlıq 17:44 05.05.2025

Həkimlər xəbərdarlıq edir: "Google"da tibbi diaqnoz axtarmayın

Bəzən özümüzdə hansısa bir narahatlıq hiss edəndə əlamətlərə uyğun internetdə axtarış edib, ona uyğun həkimə getmədən özümüzə diaqnoz qoyuruq. Özümüzə qoyduğumuz bu dioqnoz isə bizim psixologiyamızı da poza bilir.
 
Həkimlər isə  tibbi məlumatlar üçün internetdə axtarış edərkən ehtiyatlı olmağı tövsiyə edirlər. 

Qaynarinfo xəbər verir ki, "Dr. Google" narahat xəstələrin tez-tez üz tutduğu bir axtarış motorudur, lakin ən sağlam məsləhəti verməyə bilər.

Həkimlər bildirirlər ki, xüsusilə süni intellektin artan rolu səbəbilə internetdə tibbi məlumat axtarışları çox diqqətlə aparılmalıdır.

Doğru internet saytlarından əldə edilən məlumatlar xəstələrə simptomları barədə məlumat verə və onları həkim müayinəsinə hazırlaya bilər. Lakin pis aparılmış bir axtarış, şəxs daha gözləmə otağına çatmamış narahatlığını artıra bilər.

Tapdığınız məlumatların mənbəyini bilmək və öz-özünüzə diaqnoz qoymaqdan çəkinmək çox vacibdir.

İnternetdə tibbi məlumat axtararkən bunları yadda saxlayın:

Axtarış etdiyiniz mənbə hansıdır?

"Google"da axtarış etdiyiniz zaman ilk çıxan linkə avtomatik olaraq klikləməyin. Bu nəticə mütləq ən yaxşı cavabı təqdim etmir.

Bəzi şirkətlər saytlarının nəticə səhifəsində yuxarıda çıxması üçün pul ödəyirlər. Bu linklər sponsorlu şəkildə yerləşdirilə bilər.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) və ya bir ölkənin dövlət səhiyyə qurumları tərəfindən idarə olunan saytlar etibarlı tibbi məlumat mənbələridir. Belə nəticələri tapmağa çalışın.

İnternet davranışları üzrə mütəxəssis psixoloq Con Qrohol deyir ki, biz axtarış aparan zaman ilk linkə klik etməyə çox öyrəşmişik.

Süni intellektdən istifadə etməliyikmi?

Bu, onun sizə nə dediyindən asılıdır.

Getdikcə daha çox insan müxtəlif internet mənbələrindən tez cavablar almaq üçün süni intellekt alətlərindən istifadə edir. Bəzi axtarışlar nəticə səhifəsinin yuxarısında süni intellekt xülasəsi də təqdim edir.

Ancaq bəzi süni intellekt alətləri məlumatı haradan əldə etdiyini göstərmir. Bu da onun etibarlılığını qiymətləndirməyi çətinləşdirir.

Süni intellekt həmçinin "halüsinasiyalara", yəni olmayan məlumatlar uydurmağa meyllidir.

Əgər istifadə etdiyiniz alət mənbə göstərmirsə, xüsusilə diqqətli olun.

Nəyi soruşmalıyıq?

Verdiyiniz sualın forması, əldə edəcəyiniz nəticələrə böyük təsir göstərir.
Həkimlər deyirlər ki, xəstələr diaqnoza görə deyil, simptomlara əsasən məlumat axtarmalıdır.

ABŞ-ın Cleveland Clinic xəstəxanasının həkimi Erik Boose deyir ki, internerdə axtarış edən zaman ıvvəlcə doğru sualları verməlisiniz.

Məsələn, "dərimin altındakı şişlik xərçəngdir?” deməkdənsə, "dərimin altında şişlik yaranmasına nə səbəb ola bilər?” deyə soruşmalıyıq.

Birbaşa diaqnoza fokuslanmaq, xüsusilə də ilk çıxan bir neçə nəticəyə klikləsəniz, digər mümkün səbəbləri gözdən qaçırmağınıza səbəb ola bilər.

Bəzi hallarda isə internetdə vaxt itirmək təhlükəlidir. Məsələn, əgər iflic əlamətləri varsa, dərhal tibbi yardım alın.

ABŞ-dakı Brown UniversitetininTəcili Yardım şöbəsinin tibbi direktoru Dr. Olivier Gherardi deyir ki, müəyyən zaman içində müalicə olunmalı bir vəziyyəti gecikdirmək olmaz.

İnternet xəstəliyə diaqnoz qoya bilərmi?

Xəstəliyə diaqnoz qoymağı həkimlərə buraxmaq lazımdır.

Amerika Ailə Həkimləri Akademiyasının idarə heyətinin üzvü Dr. Sarah Sams bildirib ki,  kiçik narahatlıqlar ilə böyük tibbi problemlər arasında çoxlu ortaq əlamətlər olur. Məsələn, sidikdə qan görülməsi xərçəng əlaməti ola bilər, amma böyrək daşı və ya infeksiyadan da qaynaqlana bilər.

İzah olunmayan çəki itkisi də xərçənglə əlaqəli ola bilər, lakin bu, həmçinin həddindən artıq aktiv qalxanabənzər vəzidən (tiroid) və ya
fiziki aktivliyi artıran yeni iş rejimindən qaynaqlana bilər.

Bütün bu hallarda bəzi analizlər və sizin tibbi keçmişinizi bilən bir həkimlə görüş ən yaxşı seçim olacaq.

Günay


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->