Xəbər lenti

Hikmət Hacıyev Tehranda forumda iştirak edir
Siyasət 13:34 18.05.2025

Hikmət Hacıyev Tehranda forumda iştirak edir

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın paytaxtı Tehranda səfərdədir.

"Report” xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Tehranda Prezident Məsud Peşekian və 53 ölkədən nümayəndələrin iştirakı ilə Dialoq Forumu işə başlayıb. Hikmət Hacıyevin də qatıldığı tədbir İran XİN-də keçirilir və mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahianın xatirəsinə həsr olunub.

Foruma 40 tematik panel daxildir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->