Xəbər lenti

ABŞ-da ölən hamilə qadın qanuna görə üç aydır süni nəfəs aparatında saxlanılır
Dünya 15:25 18.05.2025

ABŞ-da ölən hamilə qadın qanuna görə üç aydır süni nəfəs aparatında saxlanılır

ABŞ-ın Corciya ştatında qüvvədə olan abort qadağası qanunu ailənin qərar vermək hüququnu faktiki olaraq əlindən alıb.

Qaynarinfo xəbər verir ki, "Associated Press”in məlumatına görə, Corciya ştatında 30 yaşlı hamilə qadın Adriana Smit fevral ayında beyin ölümü diaqnozu qoyulmasına baxmayaraq, artıq 3 aydır süni həyat dəstəyi aparatına qoşulu vəziyyətdə saxlanılır. O, beyin ölümü keçirəndə hamiləliyin 21-ci həftəsində olub.

Qanuna əsasən, dölün ürək döyüntüsü qeydə alındıqdan sonra abort qadağan edilir və bu səbəbdən həkimlər aparatları ayırmaq hüququna malik deyillər.

Ailəsi bildirir ki, dölün sağlamlıq vəziyyəti sual altındadır və ağır fəsadlar mümkündür. Lakin tibb işçiləri dölün sağlam qalması üçün görülən tədbirləri ictimaiyyətə açıqlamırlar. 2022-ci ildən qüvvədə olan bu qanun, faktiki olaraq, ailənin qərarvermə hüququnu aradan qaldırır.

Agentlik qeyd edir ki, daha əvvəl Florida ştatında da analoji hadisə baş verib. 2023-cü ildə dərc olunan məqalədə 22-ci həftədə beyin ölümü diaqnozu qoyulmuş 31 yaşlı qadından uşaq dünyaya gəlib. Ailə uşağın doğulmasını istəyib və həkimlər daimi nəzarət aparıblar.

"Qadın xəstəxanaya gətirilən kimi ona qan təzyiqini yüksəltmək üçün hormonlar verilib və qidalanma üçün boru yerləşdirilib. Daha sonra reanimasiya şöbəsinə köçürülüb və orada ginekoloji tibb bacısı onun yanından ayrılmayaraq dölün ürək döyüntüsünü və hərəkətlərini izləyib. Pasiyent süni tənəffüs aparatına qoşulu vəziyyətdə olub, mütəmadi olaraq steroidlər, hormonlar və pnevmoniyanın müalicəsi üçün antibiotiklər alıb", deyə məqalədə bildirilir.

Hamiləliyin 33-cü həftəsində dölün ürək döyüntüsü zəifləməyə başlayanda cərrahi müdaxilə ilə uşaq doğulub. Körpənin sağlam olduğu bildirilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->