Xəbər lenti

Şabranda qəza: Qazi və həyat yoldaşı öldü (FOTO/VİDEO)
Video 17:17 18.05.2025

Şabranda qəza: Qazi və həyat yoldaşı öldü (FOTO/VİDEO)

Şabranda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112” qaynar telefon xəttinə Şabran rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "AzSamand” markalı minik avtomobili və "Renault” markalı yük avtomobili toqquşub, 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

"Qafqazinfo”nun məlumatına görə, qəzada həlak olan Sabirabadın Ulacalı kənd sakini 2002-ci il təvəllüdlü Zeynalzadə Akif Səbahət oğlu və onun həyat yoldaşı Zeynalzadə Dinara olub. Onların bir övladları var. D. Zeynalzadə ikinci övladına hamilə olub.

A.Zeynalzadə Vətən müharibəsi qazisi idi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->