Xəbər lenti

Yeni baş məşqçi özünə daha bir azərbaycanlı köməkçi götürdü
İdman 10:43 16.04.2026

Yeni baş məşqçi özünə daha bir azərbaycanlı köməkçi götürdü

Yeni yaradılan U-20-nin baş məşqçisi Rui Jorjenin köməkçilərinin sayı artıb.

AFFA ilə 1 il 7 aylıq müqavilə imzalamış portuqaliyalı mütəxəssis özünə daha bir yerli yerli yardımçı götürüb.

Belə ki, Üzeyir İbrahimov qapıçılar üzrə məşqçi təyin olunub.

O, 1984-cü ildə Laçın rayonunda dünyaya göz açıb. 1998-ci ildə yeniyetmələr arasında ölkə çempionu, 2000-ci ildə ölkə çempionatının bürünc mükafatçısı olub.

2004-2006-cı illərdə "Neftçi"nin yeniyetmə komandalarında işləyib. 2007-2017 ci ildə "İnter"in əvəzedici heyətində çalışıb.

2017-2018 ci ildə "Keşlə"də eyni vəzifəni yerinə yetirib. 2010-2012-ci ildə U-17 yığmasına təyinat alıb. 2011-ci ildən bu günə kimi Azərbaycanın müxtəlif yaş yığma komandalarında fəaliyyət göstərir. (Sportinfo.az)
--> -->