Xəbər lenti

Lionel Messi ABŞ-da dələduzluqda ittiham edilir
İdman 17:00 15.04.2026

Lionel Messi ABŞ-da dələduzluqda ittiham edilir

"İnter Mayami" və Argentina millisinin hücumçusu Lionel Messi dələduzluqda ittiham olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə TMZ yazıb.

Məlumata görə, VID promouter şirkəti Lionel Messi və Argentina Futbol Assosiasiyasına (AFA) qarşı çoxmilyonluq məhkəmə iddiası qaldırıb. Buna səbəb futbolçunun ötən ilin oktyabrında Venesuela millisinə qarşı keçirilmiş və geniş şəkildə reklam edilmiş yoldaşlıq oyununda iştirak etməməsi nəticəsində yaranan zərərdir.

Müqavilə şərtlərinə əsasən, Messi zədəli olmadığı halda oyunda ən azı 30 dəqiqə meydanda olmalı idi. Lakin zədəsi olmasa da, argentinalı futbolçu həmin qarşılaşmada meydana çıxmayıb.

Futbolçu və Argentina Futbol Assosiasiyasına qarşı iddianın dəqiq məbləği açıqlanmayıb.

Aydın
--> -->