Xəbər lenti

Dünya 09:00 16.04.2026

"BBC" hər 10-cu işçini ixtisar etməyi planlaşdırır

Böyük Britaniyanın ictimai yayımçısı "BBC" 2000-ə qədər iş yerini ixtisar etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Qeyd olunub ki, "BBC"də təxminən 21.500 nəfər işləyir. Buna görə də, ixtisarlar təxminən hər 10 işçidən birinə təsir edəcək.

Vurğulanıb ki, bu tədbir "əhəmiyyətli maliyyə təzyiqi" fonunda korporasiyanın xərclərin azaldılması planlarının bir hissəsidir. "BBC" həmçinin işə qəbul, səyahət və müxtəlif tədbirlərə xərcləri məhdudlaşdırmağı planlaşdırır.

Martın 25-də "BBC", "Google"un keçmiş icraçı direktoru Matt Brittinin yeni baş direktor olacağını açıqlayıb. Onun sələfi Tim Deyvi, ABŞ prezidenti Donald Trampın çıxışının redaktə edilməsi ilə bağlı qalmaqal fonunda 2025-ci ildə istefa verdiyini bəyan edib.
--> -->