Xəbər lenti

ABŞ və İran atəşkəs rejimini daha iki həftə uzatmaq barədə razılığa gəldi
Ölkə 22:14 15.04.2026

ABŞ və İran atəşkəs rejimini daha iki həftə uzatmaq barədə razılığa gəldi

ABŞ və İran sülh müqaviləsi ilə bağlı danışıqlar aparmaq və buna daha çox vaxt ayırmaq məqsədilə çərşənbə axşamı başa çatacaq atəşkəs rejimini daha iki həftə uzatmağı düşünürlər.

Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Adının çəkilməsini istəməyən mənbə agentliyə bildirib ki, müharibə edən tərəflər arasında vasitəçilər ən mübahisəli məsələləri həll etmək üçün texniki danışıqlar aparmağa çalışırlar ki, bu məsələlərə Hörmüz boğazının yenidən açılması və İranın nüvə məsələsi də daxildir.
--> -->