Xəbər lenti

Apofis asteroidi Yerə yaxınlaşır - Təhlükə varmı?
Dünya 11:52 16.04.2026

Apofis asteroidi Yerə yaxınlaşır - Təhlükə varmı?

Diametri təxminən 340 metr olan Apophis asteroidi Yerə Ay orbitindən daha yaxın məsafədən keçəcək.

Qaynarinfo xəbər verir ki, uzun müddət bəşəriyyət üçün əsas kosmik təhlükə hesab edilən bu asteroidlə bağlı son ölçmələr göstərir ki, o, 13 aprel 2029-cu ildə Yerə təhlükəsiz şəkildə yaxınlaşacaq.
 
Hesablamalara görə, Apophis planetimizdən təxminən 32 000 kilometr məsafədən keçəcək.

Bu məsafə Ayla Yer arasındakı orta məsafədən təxminən 12 dəfə azdır və hətta bəzi geostasionar peyklərin orbitindən də daha yaxındır. Buna baxmayaraq, alimlər asteroidin Yerə toqquşma riskinin olmadığını bildirirlər.
 
Günay
--> -->