Xəbər lenti

Foto 12:27 16.04.2026

"Baku Juniors Women Club" ilə görüş keçirildi (FOTO)

Kaspi Ağ Şəhər liseyində "Baku Juniors Women Club" nümayəndələri ilə maraqlı və motivasiyaedici  görüş təşkil olunub. 

Qaynarinfo xəbər verir ki, qonaqlar liseyin 3-cü sinif şagirdləri ilə futbol məşqi keçiriblər.

Görüşdə həm Azərbaycan, həm də rus bölməsinin qız şagirdləri iştirak ediblər.

Şagirdlər məşqçinin bütün tapşırıqlarını böyük həvəs və diqqətlə yerinə yetiriblər: "Məşq zamanı qızlar futbol oynayaraq həm əyləndilər, həm də komanda ruhunu hiss etdilər. Hər vurulan qolda bir-birlərinə sevinir, bir-birinə dəstək olur, uğurlarını birlikdə paylaşırdılar. Onların enerjisi və həvəsi tədbirə xüsusi rəng qatdı”.

Bu cür təşəbbüslər qızların idmana marağını artırmaqla yanaşı, onların özünəinamını və sosial fəallığını da gücləndirir.

Kaspi Liseyi bu tip layihələrin davamlı olmasına xüsusi önəm verir.
--> -->