Xəbər lenti

Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər (VİDEO)
Video 22:27 08.05.2025

Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər (VİDEO)

Dövlətə məxsus "Asan finans" sistemi vasitəsilə banklar vətəndaşların maaş və borcları başda olmaqla bir çox şəxsi məlumatlarını sorğulayırlar. Bu da tez-tez müzakirələrə və narazılıqlara səbəb olur. "Xəzər Xəbər" vətəndaşların şəxsi məlumatlarından istifadə ilə bağlı mövcud vəziyyəti və bu məlumatları sorğulamağın qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını araşdırıb.

Mütəxəssislər bildirirlər ki, bu, "ASAN finans" platforması əsasında baş verir. Bu platforma biznesmenlərin və vətəndaşların lazım olan informasiyasını əldə etmək üçün yaradılıb. Banklar da bu platforma vasitəsilə müştəridən ərizə istəmədən lazım olan məlumatları yerindəcə əldə etmək imkanı qazanır. Amma "Fərdi məlumatlar haqqında" qanununa əsasən, fiziki və hüquqi şəxslər barədə məlumatları əldə etməzdən əvvəl onlardan razılıq alınmalıdır..

İKT mütəxəssisi Fərhad Əliyev bildirir ki, vətəndaşlar fərdi məlumatlarının qorunmasını özləri həyata keçirə bilərlər.

Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən isə bildirildi ki, vətəndaş məlumatlarının qanunsuz sorğulanması ilə bağlı məhkəməyə müraciət edə və bankdan təzminat tələb edə bilər.
Ekspertlər deyirlər ki, vətəndaşların öz hüquqlarını bilmələri üçün "Fərdi məlumatlar haqqında" qanunla tanış olmaları məsələhətdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 
 

 

 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->