Xəbər lenti

Planetdə həyatın sonu: Alimlər Yerdə oksigenin nə zaman yox olacağını müəyyən edib
Dünya 23:28 08.05.2025

Planetdə həyatın sonu: Alimlər Yerdə oksigenin nə zaman yox olacağını müəyyən edib

Alimlərin apardığı araşdırmalara görə, oksigenlə zəngin atmosfer Yer tarixində müvəqqəti bir mərhələdir.

Qaynarinfo xəbər verir ki, "BBC Sky at Night" nəşrinin yazdığına görə, Yer təqribən 1 milyard il sonra oksigenlə zəngin atmosferini itirəcək. Bu nəticəyə atmosferin təkamülünü modelləşdirən alimlər gəliblər.

"Nature Geoscience" jurnalında dərc olunan araşdırmaya əsasən, Yer üzünün yaşamaq üçün yararsız hala gəlməsinin ən mümkün səbəbi oksigenin itirilməsi olacaq. Bu nəticəyə Toho Universitetindən Kazumi Ozaki və Corciya Texnologiya İnstitutundan Kristofer Reynxard gəliblər. Onlar Yer kürəsinin iqlim və biokimya təkamülünü 400 min dəfədən çox modelləşdiriblər.

"Uzun illərdir Yer biosferasının ömrü Günəşin parlaqlığının sabit şəkildə artması və karbonat-silikat geokimyəvi dövriyyə əsasında müzakirə olunur. Bu nəzəri çərçivənin nəticələrindən biri atmosferdə CO₂ səviyyəsinin davamlı azalması və geoloji zaman miqyasında qlobal istiləşmənin baş verməsidir", deyə Ozaki bildirib.

Alimlərin sözlərinə görə, Yer biosferası 2 milyard il ərzində həm qızmar istilik, həm də fotosintez üçün lazım olan CO₂ çatışmazlığı səbəbilə yox olacaq. Bu, elmi dairələrdə artıq tanınmış bir faktdır.

"Əgər bu doğru olsa, onda gələcəkdə atmosferdəki oksigen səviyyəsinin də azalacağı gözləniləndir. Lakin bunun nə zaman və necə baş verəcəyi hələ dəqiq məlum deyildi", deyə tədqiqatçılar qeyd ediblər.

Model göstərib ki, təqribən 1 milyard ildən sonra atmosferdə "sürətli deoksigenləşmə" prosesi başlayacaq. Bundan sonra atmosfer Böyük Oksigen Hadisəsindən əvvəlki vəziyyətə - yəni 2,5 milyard ildən əvvəlki dövrə bənzəyəcək.

"O dövrdən sonra yaranacaq atmosferdə metan səviyyəsi yüksək, CO₂ miqdarı isə aşağı olacaq və ozon qatı olmayacaq. Yer sistemi çox güman ki, anaerob həyat formalarının dünyasına çevriləcək", deyə Ozaki bildirib.

Bu araşdırma astronomiya üçün də mühüm əhəmiyyət daşıyır. Oksigen həyatın əsas "biosiqnalları”ndan biridir və alimlər başqa planetlərdə həyat axtararkən məhz bu göstəricidən istifadə edirlər. Tədqiqatçılar vurğulayırlar ki, oksigenlə zəngin atmosfer planet tarixində sadəcə müvəqqəti bir mərhələdir.

Yer bu cür "canlı atmosfer”i öz ömrünün yalnız 20-30%-i ərzində daşıyacaq. Bu isə Yerə bənzər planetləri həyatın müşahidə oluna biləcəyi dövrdə tapmaq şansını son dərəcə məhdudlaşdırır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->