Xəbər lenti

Saleh Məmmədov ağac kəsib, həbs edilən direktorun yerinə yeni təyinat etdi (FOTO)
Ekonomiks 20:53 08.05.2025

Saleh Məmmədov ağac kəsib, həbs edilən direktorun yerinə yeni təyinat etdi (FOTO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tərkibində fəaliyyət göstərən "14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni direktor təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun müvafiq əmri ilə bu vəzifəyə Ceyhun Vahid oğlu Barxalov təyin olunub.

Xatırladaq ki, sözügedən vəzifəni əvvəlcə Rüstəm Kamal oğlu Paşayev icra edirdi. O, 2024-cü ilin mart ayında vəzifəsindən azad olunub.
 

Rüstəm Paşayev

Məlumata görə, Rüstəm Paşayevin bu ilin fevral ayında rəsmi icazə sənədlərinə yalan məlumatlar daxil etməklə Zaqatala rayon sakini Muhuma Qudayevə tərəfindən Maqov kəndi ərazisindən keçən yolun üzərində yerləşən, ümumi dəyəri 136 min manat olan müxtəlif növ ağacların qanunsuz şəkildə və ekoloji tələblərə zidd olaraq kəsilməsini təşkil etməsində əsaslı şübhələr müəyyən edilib. Bu əməl nəticəsində təbiətə ciddi ziyan dəyib, bir çox ağacların bioloji inkişafına mənfi təsir göstərilib.

Rüstəm Paşayevə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağacların, kolların və ya digər yaşıllıqların kəsilməsini təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma — ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. O, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs edilib.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->