Bu ilin mart ayının 5-də vəfat edən Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fərhad Səfərovun yerinə təyinat olub.
Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə Əhmədova Nigar İnqlab qızı Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifələrini icra edən təyin edilib.
O, Şirvan GEM-in epidemiologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, bu ilin mart ayının 5-də Şirvan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, tanınmış cərrah Fərhad Səfərov 65 yaşında vəfat edib.
Aydın
Fərhad Səfərov
Şərhlər