"Naxçıvan Taxıl Məhsulları" MMC-nin külli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo xəbər verir ki, şirkətin vergi borcu 483 896,19 manat təşkil edir.
"Naxçıvan Taxıl Məhsulları” MMC Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vafi Talıbova məxsus olmuş "Gəmiqaya Taxıl Məhsulları” şirkətinin bazasında yaradılıb.
2010-cu ildə qeydiyyata alınan MMC-nin nizamnamə kapitalı 300 manatdır. Şirkətin qanuni təmsilçisi Quliyev Əli Rüstəm oğludur.
Ondan əvvəl şirkətə Tarverdiyev Şakir Nazim oğlu olub. O, cari ilin mart ayında Baş Prokurorluqda başlanmış cinayət işi çərçivəsində saxlanılıb və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Şakir Tarverdiyev
Mediada gedən məlumatlara görə, "Naxçıvan Taxıl Məhsulları” MMC-nin hazırki rəhbəri Şakir Tarverdiyevin qayınatasıdır.
Seyid
Şərhlər