Xəbər lenti

Kolumbiya prezidenti Ekvador liderinə qarşı iddia qaldıracaq
Dünya 16:19 20.04.2026

Kolumbiya prezidenti Ekvador liderinə qarşı iddia qaldıracaq

Kolumbiya prezidenti Qustavo Petro Ekvador prezidenti Daniel Noboaya qarşı böhtan ittihamı ilə cinayət iddiası qaldıracağını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.

"Prezident Noboaya qarşı onun böhtanına görə cinayət iddiası qaldırmaq qərarına gəldim", deyə Kolumbiya lideri bildirib.

Petro qeyd edib ki, o, Ekvadora səfəri zamanı həm Ekvador ordusu, həm də Kolumbiyanın dövlət təhlükəsizlik qüvvələri tərəfindən müşayiət olunub. Onun sözlərinə görə, bu faktlar səfərin hər hansı şübhəli fəaliyyətlə əlaqəli olmadığını sübut edə bilər.

Bundan əvvəl Noboa iddia etmişdi ki, Petro ötən ilin yazında Ekvadora narkobaron Xose Adolfo Masiyas Villyamarın (ləqəbi "Fito”) yaxın çevrəsi ilə görüşmək üçün gedib. "Los Çoneros” adlı cinayətkar qruplaşmanın lideri olan "Fito” bu iddianın mərkəzində yer alır.

Yanvarda Qustavo Petro ABŞ-ın ölkəsinə müdaxilə edəcəyi halda silaha sarılmağa hazır olduğunu bəyan etmişdi. O, hərbçilərə ABŞ bayrağını Kolumbiya bayrağından üstün tutan komandirlərin dərhal vəzifədən uzaqlaşdırılması barədə əmr verildiyini də bildirmişdi. Prezident həmçinin xalqın ölkə rəhbərliyinə dəstək verməsinin vacibliyini vurğulamışdı.

Aydın

--> -->