Bakı şəhəri, Binəqədi rayonu, "Goradil villa" yaşayış massivində yerləşən evlərdən oğurluq edən şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş T.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 227 maddəsi ilə inzibati xəta haqqında protokola məhkəmədə baxılıb.
Məlum olub ki, T.R. "Goradil villa" ərazisindən 2 ədəd daş yunu və 2 ədəd alçipan oğurlayıb.
Təqsirləndirilən şəxs həmçinin "001" adlı kafedən ərzaq məhsulları, metal qəbulu obyektinin kassasından pul, Novxanı bağlarında yerləşən bağ evindən yorğan-döşək oğurlayıb.
Məhkəmənin hökmü ilə o, 1 ay müddətinə həbs edilib.
Aydın
Şərhlər