Xəbər lenti

UİF çərçivəsində Ustad dərsi keçirildi (FOTO)
Foto 15:11 16.05.2025

UİF çərçivəsində Ustad dərsi keçirildi (FOTO)

14 may 2025-ci il tarixində Şamaxı rayon Ə.Xəqani adına Mədəniyyət Mərkəzində əməkdar mədəniyyət işçisi aşıq Ağamurad İsrəfilovun aşıq sənəti  üzrə ustad dərsi keçirilib.

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Əlisultan Sadıxov tanınmış sənətkarı təqdim etdikdən sonra rejissor Əbdül Mecidlinin aparıcılığı ilə iştirakçılar növbəli şəkildə səhnəyə dəvət edilib, ifalar dinlənərək sənətkar tövsiyyəsi verilib.

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin saz sinfində təhsil alan şagirdlərin solo və qrup ifaları xüsusi maraqla qarşılanıb. Ustad dərsi çərçivəsində mədəniyyət müəssisələrinin gənc əməkdaşları-Azərbaycan Milli Konservatoriyasının saz ixtisası məzunu Şirinbala Şirinov və Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin xalq çalğı alətləri sinfinin məzunu Nizami Camallının solo ifalarına da yer verilib.

Sonda aşıq Ağamurad İsrəfilov regionumuzda istedadlı saz və aşıq sənətinin davamçılarının yetişməkdə olduğunu vurğulayaraq bütün iştirakçılara festivalda uğurlar arzulayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->