Xəbər lenti

ABŞ şirkətləri BƏƏ-nin neft-qaz sektoruna 60 milyard sərmayə qoyacaq
Dünya 20:20 16.05.2025

ABŞ şirkətləri BƏƏ-nin neft-qaz sektoruna 60 milyard sərmayə qoyacaq

ABŞ prezidenti Donald Trampın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) son səfəri zamanı Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) bir sıra ABŞ şirkətləri ilə əmirlikdəki layihələrdə iştirak etmək üçün müqavilələr imzalayıb. 

Qaynarinfo xəbər verir ki, potensial investisiyaların ümumi həcmi 60 milyard dollar qiymətləndirilir.

ADNOC-un rəsmi press-relizinə görə, əsas layihələrə "ExxonMobil"in iştirakı ilə Yuxarı Zakum dəniz yatağında hasilat həcminin genişləndirilməsi, "Occidental "Petroleum ilə birgə Şah yatağında qaz hasilatının artırılması, həmçinin Amerikanın "EOG Resources" şirkətinə konsessiya verilməsi daxildir.

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri və ADNOC-un baş direktoru Sultan Əl Cabir əldə olunmuş razılaşmaların əhəmiyyətini vurğulayıb: "BƏƏ və ABŞ arasında güclü ikitərəfli əlaqələr enerji təhlükəsizliyinə dair ortaq öhdəliyimizlə dəstəklənir və biz bu öhdəliyi ABŞ-ın böyük enerji şirkətləri ilə razılaşmalar vasitəsilə bir daha təsdiq edirik".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->