Serbiyanın Mütəşəkkil Cinayətkarlıq üzrə Prokurorluğu (JTOK) ölkə prezidenti Aleksandar Vuçiçi səlahiyyətlərini aşmaqda və ədalət mühakiməsinə təsir göstərməyə cəhddə ittiham edib.
Qaynarinfo xəbər verir ki, bu barədə nəzarət orqanının saytında yayımlanan bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, Prezident qanun və Konstitusiya ilə ona verilmiş səlahiyyətləri aşıb və bu prokurorluğa təsir göstərmək məqsədilə davam edən cinayət təhqiqatları barədə qeyri-müvafiq və icazəsiz şəkildə şərhlər verib.
Mütəxəssislər bildiriblər ki, Aleksandar Vuçiçin "təhqiramiz və yalan bəyanatları" hazırda fəaliyyət göstərən prokurorlara hücum xarakteri daşıyır və prezidentin səlahiyyətlərindən istifadə etməklə işlərin gedişinə təsir göstərmək məqsədi daşıyır.
Nova.rs xəbər portalı yazır ki, Serbiya prezidenti televiziya proqramlarından birində çıxışı zamanı parlamentdə müzakirə olunan keçmiş Baş Qərargah binasının rekonstruksiyası ilə bağlı xüsusi qanun layihəsindən danışıb. Onun sözlərinə görə, 2016-cı ildə həmin binanın təmiri üçün təşəbbüs göstərib və ABŞ nümayəndələri ilə orada NATO qurbanlarına həsr olunmuş muzey yaradılması barədə razılığa gəlib. Lakin bu qərara, prezidentin iddiasına görə, "xarici göstərişlə” hərəkət edən bəzi prokurorluq əməkdaşları mane olublar və yerli hakimiyyət orqanlarının obyektin "qorunan statusunu” ləğv etməsi ilə bağlı cinayət işi açılıb. Vuçiç bildirib ki, prokurorluqdakı korrupsiyalaşmış dəstə bu işi süni şəkildə yaradıb.
Söhbət 1999-cu ildə NATO bombardmanları zamanı dağıdılmış Baş Qərargah binasının yenidən qurulması və ya sökülməsi ilə bağlı layihədən gedir. Hökumət tərəfindən dəstəklənən qanun layihəsi ABŞ-dan investorların cəlb edilməsini nəzərdə tutur. Lakin etirazçılar bu qərarın əleyhinə çıxaraq həmin binanı mühüm tarixi abidə və simvol adlandırırlar.
Aydın
Şərhlər