Xəbər lenti

Donald Tramp: Hörmüz boğazı həmişəlik açıldı
Dünya 16:09 15.04.2026

Donald Tramp: Hörmüz boğazı həmişəlik açıldı

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının blokadadan çıxarıldığını bəyan edib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.

"Çin Hörmüz boğazını birdəfəlik açmağımdan çox məmnundur. Bunu onlar üçün də, dünya üçün də edirəm. Bu vəziyyət bir daha təkrarlanmayacaq. Onlar İrana silah göndərməmək barədə razılığa gəliblər. Prezident Si bir neçə həftə sonra ora çatanda məni böyük, güclü şəkildə qucaqlayacaq. Biz birlikdə ağıllı və çox yaxşı işləyirik! Bu, döyüşməkdən daha yaxşı deyilmi? Amma unutmayın, biz döyüşməkdə çox yaxşıyıq, əgər lazımdırsa - hər kəsdən daha yaxşı!, deyə Prezident qeyd edib.
 

 
Aydın
--> -->