Xəbər lenti

Əli Əsədov Tahir Budaqovu Azər Mursaqulovla əvəzlədi
Ölkə 17:29 15.04.2026

Əli Əsədov Tahir Budaqovu Azər Mursaqulovla əvəzlədi

Nazirlər Kabineti "Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" 19 noyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Şuraya sədrlik edən Komitənin keçmiş sədri Tahir Budaqov yeni sədr Azər Mursaqulovla əvəzlənib.

Qeyd edək ki, Tahir Budaqov 9 fevral 2026-cı ildə Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad olunaraq, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə isə Azər Mursaqulov gətirilib.
--> -->