Avqustun 18-nə keçən gecə SOCAR-a məxsus Odessa vilayətindəki neft bazası "Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb.
Qaynarifo APA-ya istinadən xəbər verir ki, bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib.
Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.
Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.
09:39
Ötən gecə Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Məlumatda Rusiyanın "Şahed” PUA-lıarı vasitəsilə SOCAR-ın Odessada yerləşən terminalına hücum etdiyi bildirilib.
Qeyd edək ki, Rusiya 8-də SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücum etmişdi.
Şərhlər